İnterpress.az xəbər verir ki, mərasimdə Azərbaycan nümayəndə heyətinin də keçidi olub.
Bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi, dağ xizəkçisi Patrik Braxner yerinə yetirib.
Keçiddə Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov iştirak edib.
Qeyd edək ki, Olimpiadaya 3000-ə yaxın idmançı qatılıb.
İnterpress.az