ABŞ Olimpiya Oyunlarından imtina etdibackend

ABŞ Olimpiya Oyunlarından imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “azərtac”a istinadən xəbərinə görə, bu barədə “Insidethegames” portalı USOC-ın sədri Larri Probsta istinadla xəbər yayıb.

L.Probst deyib ki, iki Olimpiadanı ardıcıl keçirmək maliyyə baxımından ABŞ üçün çətin olacaq:

“Bunun əvəzinə biz əvvəlki kimi 2030-cu il Qış Olimpiya Oyunlarının keçirilməsi variantını nəzərdən keçiririk. Beynəlxalq Olimpiya Komitəsi icazə versə, biz iki qış Olimpiadasını ABŞ-da keçirəcəyik”.

Qeyd edək ki, Stokholm (İsveç), Sapporo (Yaponiya), Syon (İsveçrə) və Kalqari (Kanada) şəhərləri 2026-cı il qış Olimpiadasını keçirmək hüququ uğrunda yarışmaq niyyətindədirlər. Sifarişlər 2018-ci il martın sonunadək verilməli, 2019-cu ilin yanvarında Beynəlxalq Olimpiya Komitəsinə təqdim edilməlidir. Oyunların keçirilmə yeri 2019-cu ilin yayında müəyyənləşəcək.

İnterpress.az