Apasport.az saytının məlumatına görə, “Ağ Olimpiada”da yeganə təmsilçimiz ilk cəhdini fevralın 18-də edəcək.
Həmin gün nəhəng salolom yarışları baş tutacaq. Mübarizəyə start Bakı vaxtı ilə saat 05:15-də veriləcək. Lakin sıralamanın nəticəsinə əsasən Braxner Olimpiadaya 3,5 saat sonra da qoşula bilər.
Milliləşdirilmiş avstriyalı slalom yarışlarında isə fevralın 22-də qüvvəsini sınayacaq. Bu dəfə də idmançılar start xəttinə 05:15-də çıxacaqlar.
Qeyd edək ki, Braxner Azərbaycan millisinin heyətində Soçi-2014-də də yer alıb.
İnterpress.az