“Lider” TV-də kütləvi istefa – SƏBƏBbackend

“Lider” TV-də kütləvi istefa – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Lider TV\”-nin əməkdaşları 2017-ci ilin iyul ayından bu yana maaşlarını ala bilmirlər.

\”Bu ilin yanvar ayında prezident tərəfindən telekanallara 3 milyon manat vəsait ayrılmasından sonra \”Lider TV\”-nin rəhbərliyi işçilərin maaşlarının tezliklə veriləcəyinə vəd verilsə də, ancaq maaşlar hələ də verilmir. Hətta, hər telekanala olduğu kimi, \”Lider TV\”-yə də nəzərdə tutulan 600 min manat vəsait köçürülüb. Digər telekanallar pul köçülən kimi işçilərinin gecikən vəsaitlərini ödəyiblər. Ancaq \”Lider TV\”-də maaşlar hələ də ödənilmir. Telekanalın 1000-dən çox işçisi var idi. Hazırda 200 nəfərə yaxın əməkdaş qalıb. Maaşların gecikməsinə görə hamı istefa verib gedir\”, – deyə telekanal əməkdaşları bildirib.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının \”Azerspace-1\” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3 milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (\”Lider TV\”, \”Xəzər TV\”, \”ATV\”, \”ARB TV\”, \”Space TV\”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib. ( sfera.az )

İnterpress.az