25 yaşlı Azayev Nurlan Vahid oğlu fevralın 8-dən 9-na keçən gecə yaşadığı evin həyətində özünü asıb. Kəndin bələdiyyə sədri Pəri Zülfüqarova “Ölkə.Az”-a açıqlamasında bildirib ki, “Nurlan Azayev balıqçılıqla məşğul olub. Belə ki, fevralın 8-də dənizdən balıq tutmaqdan gələn gənc oğlan evdə nahar edəndən sonra balıqçı dostları ilə görüşməyə gedib və orada yeyib-içiblər. O, dostlarına qayığının mühərrikinin xarab olduğunu və təmir etdirəcəyini deyib. Yeyib-içdikdən sonar gecə saat 2 radələrində sərxoş vəziyyətdə evə gələn Nurlan həyətin giriş qapısından götürdüyü balıqçı toru ilə özünü asıb. Nurlanın gec gəlməsndən narahat olan anası həyətə çıxanda görüb ki, oğlu özünü asıb”.
Ailənin yeganə oğlan övladı olan Nurlanın sənəti balıqçılıq olub. Ailə üzvlərinin sözlərinə görə, başqa kənddən istədiyi də olub, evlənməyə hazırlaşırmış.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. İntihar edənin telefonunda mesajlar prokurorluq orqanının əməkdaşlarının marağına səbəb olub.
Statistikaya görə 4000-dən artıq əhalisi olan Xıdırlı kəndində son 1 ildə 4-cü intihar hadisəsidir. 1 il öncə Abbasov Fərid Yaşar oğlu əmisinin toyu günü gənc yaşında intihar edib. Keçən ilin sentyabrında 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu, oktyabrda isə 1986-cı il təvəllüdlü Göyüşova Kəmalə İkram qızı özünü asaraq intihar edib.
K.Göyüşovanın ailə münaqişəsi olub, ərindən küsüb gələn qadın atasının evində intihar edib.
İnterpress.az