İnterpress.az xəbər verir ki, ölkənin 48 ştatı epidemiya təhlükəsi ilə mübarizə aparır. Artıq qripdən dünyasını dəyişən uşaqların sayı 63-ü keçib.
Ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin yaydığı məlumata görə, yanvarın 28-dən fevralın 3-nə kimi 10 uşaq qripdən dünyasını dəyişib. Qeyd edilən dövrdə bütün ölkə ərazisində həkimə hər 13 müraciətdən biri qrip simptomları ilə bağlı olub.
Epidemiya ölkənin 2 ştatı istinsa olmaqla (Oreqon və Havay), bütün ştatlarda qeydə alınıb.
Xatırladaq ki, 2014-2015-ci ilin payız-qış mövsümündə qrip simptomlarından 56 min insan ölüb. Mərkəz bu il də ölənlərin sayının artacağını proqnozlaşdırır.
İnterpress.az