Türkiyəyə məxsus helikopter vuruldu – 2 şəhid – VİDEObackend

Türkiyəyə məxsus helikopter vuruldu – 2 şəhid – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəyə məxsus hərbi helikopterin vurulması nəticəsində 2 əsgər şəhid olub.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib.


***

İnterpress.az xəbər verir ki, prezident AKP-nin iclasında: “Silahlı Qüvvələrimiz cəsarətləri, qanları, canları ilə bu mübarizəyə davam edirlər. Az öncə helikopterimiz vuruldu. Savaşın içindəyiksə, itkilərimiz də olacaq”.

Daha sonra Ərdoğan: “Bizim bir helikopterimiz vuruldu, amma terrorçular bunun əvəzini artıqlaması ilə ödəyəcəklər. Çünki biz qərarlıyıq və inanırıq. Bunu da bacaracağıq”, sözlərini vurğulayıb.

Qeyd edək ki, yanvarın 20-də Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. Ümumilikdə, 1141 terrorçu məhv edilib.

İnterpress.az