Səudiyyə Ərəbistanında keçən ilin noyabr ayından antikorrupsiya kampaniyası gedişində dindirilmək üçün çağırılmış onlarla şahzadə və yüksəkvəzifəli rəsminin saxlanma yeri kimi istifadə olunan dəbdəbəli mehmanxana yenidən öz normal işinə qayıdıb.
Ər-Riyad şəhərindəki Ritz-Carlton otelinin işçiləri BBC-yə bildiriblər ki, mehmanxana yenidən qonaq qəbul etməyə başlayıb.
Səudiyyənin bu və bir sıra digər otellərində antikorrupsiya kampaniyası gedişində 200-dən çox şahzadə, nazir və biznesmen saxlanılıb.
Yanvarın sonunda Səudiyyə prokuroru bildirmişdi ki, kampaniya nəticəsində saxlanılanlarla əldə olunmuş razılıq əsasında xəzinəyə ümumilikdə $100 milyarda yaxın pul və aktiv qaytarılıb.
Baş prokuror deyib ki, 56 nəfər hələ də həbs altında saxlanmaqdadır, bəzi xəbərlərə görə, həmin adamlar Ristz-Carlton otelindən həbsxanaya köçürülüblər. Səudiyyə Ərəbistanında antikorrupsiya kampaniyası kral Salmanın 32 yaşlı oğlu, vəliəhd Məhəmməd bin Salmanın təşəbbüsü ilə keçirilir. (bbc)
İnterpress.az