İnterpress.az olke.az-a istinadən xəbər verir ki, partlayış Yasamal rayonu, Əzizbəyov küçəsi ev 95-də qeydiyyatda olan Gülnarə Azayevanın Nəsimi rayonundakı mənzilində qeydə alınıb.
Xoşbəxtlikdən hadisə vaxtı evdə heç kim olmayıb. Əraziyə gələn hüquq-mühafizə orqanlarının verdiyi ilkin rəyə görə, partlayış qaz sızmasından yaranıb.
Faktla bağlı araşdırmalara başlanıb.
İnterpress.az