İnterpress.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.
Baş nazir qeyd edib ki, Dağlıq Qarabağdakı münaqişənin hərbi həll yolu yoxdur və yalnız siyasi nizamlama vasitəsilə həll olunmalıdır.
B.Borisov bildirib: \”Bolqarıstanın prinsipial mövqeyi ondan ibarətdir ki, münaqişə yalnız danışıqlar yolu ilə və Avropa İttifaqının köməyi ilə ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin vasitəçiliyilə, eləcə də Azərbaycan və Ermənistan rəhbərlərinin aktiv dialoqu yolu ilə həll oluna bilər\”.
İnterpress.az