İnterpress.az xəbər verir ki, insident nəticəsində 9 nəfər həlak olub, 36 nəfər xəsarət alıb.
\”Tasnim\” agentliyinin xəbərinə görə, 45 sərnişini olan avtobus Deyhuk-Firdovs yolunda aşıb. Avtobus Qaçsarandan Məşhədə doğru gedirmiş.
\”Avtobus səhərə yaxın aşıb. İnsident nəticəsində 9 nəfər həlak olub\”,-deyə yol polisinin məlumatında qeyd edilib.
Yaralılar Təbəs və Firdovs şəhərlərindəki xəstəxanalara yerləşdirilib. 3 nəfərin yarası yüngül olduğu üçün hadisə yerində yardım edilib. (ölkə.az)
İnterpress.az