İçərisində sərnişinlər olan avtobus yandı – VİDEObackend

İçərisində sərnişinlər olan avtobus yandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün səhər saatlarında metronun koroğlu stansiyası yaxınlığında yerləşən nəqliyyat mübadilə mərkəzində baş verib.

Pirşağı-Koroğlu metro stansiyası istiqamətində işləyən 173 saylı sərnişin avtobusunun mühərrik hissəsi qəfil yanmağa başlayıb. Dərhal sərnişinlər avtobusdan düşürülüb. Əraziyə yanğın söndürən çağırılıb, yanğın qısa zaman ərzində söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Bu xətdə işləyən sürücülər avtobusların hər gün yoxlanıldığını bildirirlər.

Yanan avtobusla bağı Bakı Nəqliyyat Agentliyi də açıqlama yayıb. Açıqlamada bildirilir ki, sözügedən avtobus \”3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi\’\’nin tabeliyindədir. Həmin müəssisə istehsalat bazasına malik olmasına baxmayaraq nəqliyyat vasitələri sərnişindaşıma tələblərinə cavab vermir. Həmçinin bazada avtobusların təmiri düzgün aparılmır. Agentlik tərəfindən edilən xəbərdarlığa baxmayaraq, müəssisə tərəfindən avtobuslar əsaslı təmir edilərək saz vəziyyətə gətirilmir.

\”3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsə\”dən isə bildirildi ki, avtobuslar gündəlik yoxlanıldıqdan sonra xəttə buraxılır. Yanğın söndürüldükdən sonra avtobus təmir edilməsi üçün qaraja gətirilib. 173 saylı avtobuslar ən qısa zamanda xaricdən yeni gətiriləcək müasir tələblərə cavab verən avtobuslarla əvəz ediləcək. ( xezerxeber.az )


İnterpress.az