Qəfildən ölən tanınmış aparıcının cəsədi ekspertizaya aparıldıbackend

Qəfildən ölən tanınmış aparıcının cəsədi ekspertizaya aparıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxınları yenicag.az-a bildirib ki, Kamranın səhər saatlarında anidən halı pisləşib:

\”Təcili yardım maşını çağrılsa da, gec olub. Qardaşı xaricdə yaşayır, ona da xəbər verdik. Gəlir, yoldadır. Anası da ağır xəstədir, bu itkiyə necə tab gətirəcək bilmirik\”.

Qeyd edək ki, Kamranın 8 yaşlı bir oğlu var.

Dəfn mərasimi sabah baş tutacaq. Mərhum Şüvəlan qəbiristanlığında dəfn olunacaq.

K.İsrafilov Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri idi. İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. 2016-cı ildən Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.

P.S. Aldığımız məlumata görə, bu dəqiqələrdə mərhumun cəsədi ekspertiza olunmaq üçün evindən aparılıb.

İnterpress.az