Musiqiçiyə yerli qanunvericilik şurasının keçmiş deputatı, döyüş sənətləri üzrə idman ustası Aleksandr Telepnev ağır xəsarətlər yetirib.
DJ Smash-in sözlərinə əsasən, barda ona bir nəfər yaxınlaşaraq şəkil çəkdirmək istədiyini bildirib.
Razılıq almadıqda, içkili vəziyyətdə olan eks-deputat DJ gicgahından zərbə vuraraq onu yerə yıxıb. Sonra musiqiçini ayaqla döyməyə başlayıblar. Məlumata görə, DJ-yi döyən şəxs Rusiyanın sabiq millət vəkili Aleksandr Telepnevdir.
Faktla bağlı cinayət işi başlanılıb. (baku.ws)
İnterpress.az