Sevgilisindən ayrılan qız özünü asdı – TƏFƏRRÜATbackend

Sevgilisindən ayrılan qız özünü asdı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Abbasova Fatimə Anar qızı Xiyabani küçəsi ev 112, mənzil 22-də özünü asıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırmalar zamanı məlum olub ki, Fatimənin özünü asdığı ev onun rədiqəsinin evidir. Belə ki, rəfiqəsinin evinə qonaq gələn qız sevgilisindən ayrıldığını bildirib və intihar etməyə qərar verib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

***

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində yerləşən binada qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü, adı və soyadı hələlik açıqlanmayan qız rəfiqəsinin yaşadığı evə qonaq gəlib. O, sevgilisindən ayrıldığını bildirib və gecə saatlarında yatdığı otaqda özünü asaraq öldürüb.

Yeniyetmənin ölümü barədə atası Anar Abbasova məlumat verilib. Hadisənin baş verdiyi mənzilə Yasamal Rayon Prokurorluğunun və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. ( report.az )

İnterpress.az