Yığmanın yeni baş məşqçisi bəlli oldubackend

Yığmanın yeni baş məşqçisi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az apasport.az-a istinadən xəbər verir ki, bundan sonra sözügedən komandanı Aleks Makliş çalışdıracaq.

59 yaşlı mütəxəssislə Şotlandiya Futbol Federasiyası arasında 2020-ci ilə qədər müqavilə imzalanıb.

Şotlandiya yığmasına son olaraq Qordan Straçan rəhbərlik edirdi. Lakin komanda DÇ-2018-ə vəsiqə qazana bilmədiyi üçün o, istefaya göndərilmişdi.

Qeyd edək ki, Makliş karyerasında ikinci dəfə Şotlandiya yığmasının \”sükanı arxasına\” keçir. Şotlandiyalı mütəxəssis 2007-ci ildə də qısa müddətə ölkəsinin yığmasına rəhbərlik edib. Onun son iş yeri isə Misirin \”Zamalek\” klubu olub.

İnterpress.az