Vladimir Putin ekstremist cinayətlərin sayından danışdıbackend

Vladimir Putin ekstremist cinayətlərin sayından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
O, qeyd edib ki, prokurorların internetdəki qanunazidd kontentlərə malik resursları bloklamaq imkanı yaranan andan internetdə 3000-ə yaxın sayt bağlanıb.

\”Əvvəllər olduğu kimi yenə də ekstermizmə qarşı ciddi diqqət ayırmaq lazımdır. Ötən il 2016-cı il ilə müqayisədə belə cinayətlərin sayı 5 faiz artıb\” – deyə Putin qeyd edib.

Onun sözlərinə görə, 4 il əvvəl Baş Prokurorluq ekstremist xarakterli informasiyalar olan saytların blok edilməsinə icazə alıb. Və bu illər ərzində 3 min internet səhifə blok edilib, 70 mindən çox sayt ekstremist fəaliyyətinə görə silinib.

\”Belə sistemli işi ölkəmizi və cəmiyyətimizi təhlükə qarşısında qoyan radikal ideologiyaların yayılmasına qarşı da aparmaq lazımdır” – prezident bildirib. (sputnik.az)

İnterpress.az