İnterpress.az xəbər verir ki, bu barədə cütlük rəsmi bəyanat yayıb: “Boşandığımızı elan edirik. Ötən ilin sonunda qəbul etdiyimiz bu qərar qarşılıqlıdır. Biz iki yaxın dostuq və bundan sonra belə də qalacağıq. Haqqımızda yazılan bütün xəyanət iddiaları yalandır. Biz bir-birimizə hər şeydən əvvəl hörmət və sevgimizi qoruyub saxlamağa çalışırıq”.
Qeyd edək ki, Cenniferlə Castin 2015-ci ildə ailə qurub. Cennifer 2000-2005-ci illərdə aktyor Bred Pittlə ailəli olub. (axşam.az)
İnterpress.az