YAP imzatoplama kampaniyasına start veribbackend

YAP imzatoplama kampaniyasına start verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YAP-dan İnterpress.az-a verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, siyasi partiya prezidentliyə irəli sürdüyü namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdır. Qanuna görə, 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. Lakin YAP ənənəsinə uyğun olaraq, mövcud 125 dairənin hər birinin ərazisindən tələb edilən sayda imza toplamağı planlaşdırır.

Qeyd edək ki, YAP-ın 2018-ci il fevralın 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

MSK fevralın 14-də İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

İnterpress.az