İnterpress.az xəbər verir ki, hadisə martın 1-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
\”Baku Bus\” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 saylı marşrut üzrə sərnişin daşıyan avtobus hərəkətdə olarkən \”Koroğlu\” parkı ərazisindən yola çıxan qadını vurub. Hadisə nəticəsində vurulan qadın – 1956-cı il təvəllüdlü Bayramova Həqiqət Əbdülhüseyn qızı yerindəcə dünyasını dəyişib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hadisə piyadanın səhlənkarlığından baş verib.
Faktla bağlı araşdırma aparılır. (publika.az)
İnterpress.az