İnterpress.az xəbər verir ki, Putinin çıxışı zamanı ən müasir “Sarmat” raket kompleksinin imkanları videoçarx vasitəsilə nümayiş etdirilib.
O, eyni zamanda yeni istehsal edilən sualtı pilotsuz aparatların ənənəvi sualtı qayıq və torpedoları sürət baxımından dəfələrlə üstələdiyini də əlavə edib.
\”Bu fantastikadır. Rusiya hərbi sənayesi ciddi uğurlar əldə edib\”-deyə Putin deyib. Onun sözlərinə görə, gələcək perspektivdə səsdən sürətli silahların və lazer silahlarının hazırlanması niyyəti də mövcuddur.
Putin çıxışının bu hissəsini “Rusiyadan başqa heç kimdə bu cür silahlar yoxdur” ifadəsi ilə tamamlayıb.
İnterpress.az