Nazarbayev İlham Əliyevə başsağlığı verdibackend

Nazarbayev İlham Əliyevə başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki,Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib. Məktubu Qazaxıstan Prezidentin mətbuat xidməti yayıb.

\”Mən qardaş Azərbaycan xalqının acısını bölüşürəm. Həm öz, həm də Qazaxıstan xalqı adından Sizə və ölənlərin ailələrinə başsağlığı verirəm, xəsarət alanlara Allahdan şəfa diləyirəm\”, – deyə N.Nazarbayevin başsağlığında bildirilib.

Qeyd edək ki, baş verən yanğın nəticəsində 25 nəfər yanaraq həlak olub. Bir müddət əvvəl isə, Rusiya prezidenti Putin də İlham Əliyevə başsağlığı məktubu ünvanlamışdı.

İnterpress.az