“Qarabağ” “Sumqayıt”dan 1 xalla qayıdır – VİDEObackend

“Qarabağ” “Sumqayıt”dan 1 xalla qayıdır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Kapital Bank\” arenada \”Sumqayıt\” \”Qarabağ\”ı qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 49-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Amil Yunanov açıb. O, çempionatda 7-ci qolunu vurub.

\”Qarabağ\” hesabda tarazlığı 75-ci dəqiqədə Pedro Enrikenin dəqiq zərbəsi ilə yarada bilib. Beləliklə, xallarını 45-ə çatdıran \”Qarabağ\” birinci, 28 xala malik \”Sumqayıt\” 4-cü pillədə qalıb.

Oyuna maraq kifayət qədər böyük olub. 1500 tamaşaçı tutumuna malik stadionda daha bu qədər azarkeş pilləkənlərdə və hasar arxasından da baxıb.

İnterpress.az