İnterpress.az Report-a istinadən xəbər verir ki, rayonun Keçili kəndində baş vermiş yarımçıq tikilidə baş vermiş partlayış nəticəsində yanıq xəsarəti alan 27 yaşlı Tural Məmmədovu Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparan Səhiyyə Nazirliyinə məxsus \”Mercedes\” markalı təcili tibbi yardım maşını qəzaya uğrayıb.
Belə ki, yüksək sürətlə hərəkətdə olan, sürücü Qəmbər Xanməmmədovun idarə etdiyi təcili yardım maşınının qarşısına əks tərəfdən gələn digər avtomobil çıxıb. Nəticədə təcili yardım maşını həmin avtomobillə toqquşub.
Qəza zamanı hər iki avtomobilin sürücüsüsü yümgül xəsarət alıb. Eyni zamanda Şəmkir rayon Təcili Tibbi Yardım Stansiyasının həkimi Tunzalə Hüseynova da qolundan və bilək nahiyəsindən xəsarət alıb.
Qəza zamanı habelə təcili yardım maşınına ciddi ziyan dəyib.
Qeyd edək ki, yanıq xəsarəti alan T. Məmmədov isə avtomobil qəzası nəticəsində heç bir xəsarət almayıb və o, Bakı şəhər Mərkəzi Yanıq Xəstəxanasına göndərilib. Onun vəziyyətinin isə ağır olaraq qaldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
İnterpress.az