Ronaldu 300-cü qolunu vuraraq “Real”ın qalib gəlməsinə kömək edibbackend

Ronaldu 300-cü qolunu vuraraq “Real”ın qalib gəlməsinə kömək edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\” xarici mətbuata istinadən xəbər verir ki, matç 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsilə başa çatıb.

Meydan sahiblərinin heyətində Qaret Beyl (24-cü dəqiqədə) və Kriştian Ronaldu (45, 78-ci dəqiqədə) fərqləniblər. Qonaqların heyətində Fransisko Portilyo (65-ci dəqiqədə) penalti ilə hesab arasındakı fərqi azaldıb.

Ronaldu bununla İspaniya çempionatındakı 286 oyunda 300-cü və 301-ci qolunu vurub. Portuqaliyalı oyunçu turnirin tarixində qollarının sayına görə ikinci olub.

\”Real\” bununla 54 xal toplayaraq, turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. \”Xetafe\” isə 36 xalla 10-cu yerdə mövqe tutub.

İnterpress.az