Apasport.az saytının məlumatına görə, milli komandamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.
Famaqusta təmsilçisi səfərdə AEK-lə qarşılaşıb. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Matça start heyətində başlayan Araz 34-cü dəqiqədə hesabı açıb. Ancaq onun komandası üstünlüyünü qoruya bilməyib və sonunda 1 xal qazanıb.
Qeyd edək ki, 27 oyuna 57 xal toplayan “Anortosis” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
İnterpress.azhttps://youtube.com/watch?v=u9lkRp8Gs9k