İnterpress.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilir.
Bildirilir ki, futbolçu Udinedə hoteldə vəfat edib. Astori yuxudan ayılmayıb. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat verilmir.
Qeyd edək ki, Astori İtaliya yığmasında 14 oyun keçirib və bir qol vurub.
Karyerası ərzində o, “Roma”, “Kalyari”, “Kremoneze”, “Piççiqettone” və “Fiorentina” kimi klublarda çıxış edib.
İnterpress.az