Putindən ABŞ-a sərt cavabbackend

Putindən ABŞ-a sərt cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Heç vaxt. Rusiya ABŞ kimi öz vətəndaşlarını ekstradisiya etmir”, deyə V.Putin bildirib. O həmçinin bildirib ki, ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilən 13 Rusiya vətəndaşı hökuməti təmsil etməyiblər.

Fevralın 16-da ABŞ Ədliyyə nazirliyi prezident seçkilərinə müdaxilə etdikləri üçün 13 Rusiya vətəndaşı və bu ölkənin 3 şirkətinə qarşı ittiham irəli sürüb.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir. (apa)

İnterpress.az