Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir olunması xəbəri yalan və təxribatdırbackend

Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir olunması xəbəri yalan və təxribatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Trend-ə istinadən bildirir ki, xəbərdə bildirilir ki, rayonda bir qrup şəxs onun atasının məzarını insanlığa sığmayan iyrənc bir şəkildə təhqir edib və prosesi çəkərək internetə yerləşdirib. Videogörüntüdə onun ünvanına söyüş və təhqir dolu ifadələr işlədilir, bunun V.İsgəndərlinin tənqidlərinə cavab olduğu deyilir.

V.İsgəndərlinin qohumları isə yayılmış xəbərlərin yalan və təxribat olduğu barədə açıqlama yayıblar. Mərhumun Göyçay rayonunun Məlikkənd kəndində yaşayan yaxın qohumlarının yaydığı açıqlamada qeyd olunub ki, sosial şəbəkələrdə bu barədə xəbərlərlə tanış olduqdan dərhal sonra kəndin qəbiristanlığına gedib, 1991-ci ildə dəfn olunmuş İsgəndər Qasım oğlu İsgəndərovun və digər qohumlarının məzarlarını yoxlayıblar. Yoxlama nəticəsində məzarlara qarşı heç bir vandalizm halı aşkarlanmayıb. Onlar yayılan xəbərləri təxribat kimi qiymətləndirərək həm bu təxribatın təşkilatçılarını, həm də bundan öz məqsədləri üçün istifadə edənləri belə qeyri-insani addımlardan çəkinməyə çağırıblar.

İnterpress.az