1939-cu il təvəllüdlü Vahidov Vahid Cuni oğlunun meyiti tapılıb. Hadisə yerinə rayonun hüuqu-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan çobandır və xırda buynuzlu mal-qara otarıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Suraxanı rayon şöbəsinə aparılıb. V.Vahidovun üzərində zorakılıq əlamətlərinin olub-olmaması təyin olunan məhkəmə tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırmalara başlanılıb. ( olke.az )
İnterpress.az