Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi hesabata əsasən respublika üzrə 2017-ci il ərzində ekspertizadan cəmi 3 min 122 nəfər keçib. Onlardan 1668 nəfərinə məcburi müalicə təyin olunub. Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 32 nəfərdir.
Respublika Narkoloji Mərkəzində 2017-ci il ərzində 3 min 412 nəfər müalicə alıb. Onlardan 1222 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1955 nəfəri isə “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozları ilə müalicəyə qəbul edilib. Digər diaqnozlarla 235 nəfər müalicəyə qəbul olunub.
İnterpress.az