Bakıda UEFA-nın məşqçi kursu başladıbackend

Bakıda UEFA-nın məşqçi kursu başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, isveçrəli mütəxəssis Dany Raiserin rəhbərlik etdiyi bu mərhələ martın 9-dək davam edəcək.

Xatırladaq ki, Pro kateqoriyalı məşqçi kursunda 11 nəfər – \”Sumqayıt” komandasının baş məşqçisi Samir Abasov, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, \”Qarabağ” komandasının məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin kapitanı, 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev, \”Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennett, “Xəzər” komandasının baş məşqçisi Elşad Əhmədov, eləcə də Mahmud Qurbanov, Siyasət Əsgərov və Baba Əsgərov iştirak edirlər.

Bakıda UEFA-nın məşqçi kursu başladı

İnterpress.az