İnterpress.az xəbər verir ki, sənədli filmdə çəkilmək üçün Atatürkün nəşinin İzmitdən keçidinə şahidlik edən 19 nəfər tapılıb. Onların xatirələrindən filmdə istifadə nəzərdə tutulub. Ancaq çəkilişlər başlamadan onlardan 9 nəfəri vəfat edib.
Filmdə ulu öndər Mustafa Kamal Atatürkün nəşinin 19 noyabr 1938-ci ildə İzmitdən keçidinə şahidlik ednələrin xatirəsinə geniş yer verilməsi nəzərdə tutulurdu.
Layihə çərçivəsində uzun axtarışlardan sonra 19 şahid tapılıb. Ancaq çəkilişlər başlayana qədər onlardan 9-u dünyasını dəyişib.
Ölüm hadisələri artdıqca layihə müəllifləri çəkilişləri sürətləndirməyi qərara alıb. Artıq 92 yaşlı Rəsmiyə Çətin şahid kimi sənədli filmdə ilk rolunu alıb. Filmin bu il 19 noyabrda yayınlanacağı deyilir. (Cebhe.info)
İnterpress.az