17 yaşlı nişanlı qız özünü Kür çayına atdıbackend

17 yaşlı nişanlı qız özünü Kür çayına atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un Qərb bürosunun verdiyi xəbərə görə, Yevlax şəhər sakini, 2001-ci il təvəllüdlü B.Abdullayeva intihar etmək məqsədi ilə özünü Kür çayına atıb. Əldə olunan məlumata görə, B.Abdullayeva nişanlı olub və ailə qurmaq istəməsi səbəbindən valideynləri ilə mübahisə edib. Bundan sonra o, Kür çayının Yevlax şəhərindən keçən hissəsindəki körpüdən özünü çaya ataraq intihara cəhd edib.

B.Abdullayeva ərazidə xidmət aparan Mühafizə Polisinin əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az