Tramp Pxenyanın təklifini müsbət qarşıladıbackend

Tramp Pxenyanın təklifini müsbət qarşıladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Görünür, Şimali Koreya pozitiv addımlar atmağa başlayıb”, – deyə Tramp Pxenyanın Koreya yarımadasının nüvəsizləşdirilməsinə sadiq qalmasına dair bəyanatını şərh edərkən deyib.

“Cənubi Koreya və KXDR-dən gələn xəbərlər çox pozitivdir. Bu bütün dünya üçün yaxşı olardı. Mən optimist olmaq istərdim”, – deyə o bildirib.

Qeyd edək ki, Cənubi Koreya hökumətinin yüksək səviyyəli nümayəndə heyəti 5-6 mart tarixində KXDR-ə səfər edərək Kim Çen Inla görüşüb. Tərəflər aprelin sonunda iki ölkə lideri arasında sammitin keçirilməsinə dair razılığa gəliblər. Bundan başqa KXDR ABŞ-la açıq dialoq aparmaq niyyətində olduğunu bildirib.

İnterpress.az