İnterpress.az xəbər verir ki, bu sözləri aşıq Samirə Əliyeva “Show time” verilişinə açıqlamasında deyib.
Sənətçi xoşbəxtliyindən, şəxsi həyatından danışıb:
“Allahın bu gününə çox şükür olsun. Mən həyatın imtahanlarından keçmişəm deyə ən böyük xoşbəxtliyim sağlamlığımdır. Sonra da işimin olması, heç kimdən aslı olmamağım, övladlarımdır. Bircə çatışmayan həyat yoldaşıdır. O da ki, öz taleyimlə barışmışam. Allah başqa sıxıntılardan qorusun”.
Samirə onu da əlavə edib ki, üçüncü dəfə ailə qurmayacaq:
“Artıq bu kitab mənim üçün bağlandı. Maşallah qızım böyüyüb, bu gün, sabah elçiləri gələn vaxtıdı. Amma belə bir deyimdə var ki, “heç vaxt “heç vaxt” demə”. Buna pis də baxmıram. Əvvəl düşünürdüm ki, insanlar nə deyər? İndi o tənqidlərə də fikir vermirəm. Bəlkə də nə zamansa qarşıma çıxar, amma ağlımla düşünüb, yox deyərəm. Bəlkə sabah bilmirəm kimsə hissimi cilovlayar… Amma yenə də istəmərəm. Sabah qarşıma yaxşı bir bəy də çıxsa, çalışacam ki, evlilik yolunda addım atmayım”.
Qeyd edək ki, Samirə ikinci dəfə prodüseri Rizvan Məmmədovla ailə qurmuşdu. Cütlük bir müddətdən sonra ayrılmışdı. Cütlük 2016-cı ildə yenidən barışdığını bildirmişdi. Hazırda onlar yenidən ayrılıb. (axşam.az)
İnterpress.az
https://youtube.com/watch?v=Ym0zw7V4HUk