İnterpress.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
\”Strana.ua\” saytının xəbərinə görə, Poroşenkonun Kiyev yaxınlığındakı Konça-Zaspe ərazisindəki evini mühafizə edən polis əməkdaşı özünü öldürüb.
Xüsusi təyinatlı polis dəstəsinin serjantı olan Sergey Qalasun Poroşenkonun evinin yaxınlığında xidməti postunda intihar edib.
Hadisə fevralın 23-də baş verib.
Onun daha öncə də intihara cəhd etdiyi bildirilir. Hüquq-mühafizə orqanları məlumatı təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb.
İnterpress.az