Müsəlmanlara edilən zülmə səssiz qaldı – Mükafatı əlindən alındıbackend

Müsəlmanlara edilən zülmə səssiz qaldı – Mükafatı əlindən alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ABŞ-ın Holokost Xatirə Muzeyi tərəfindən 2012-ci ildə ona verilmiş “Elie Wiesel” mükafatı, ölkədəki Arakan müsəlmanlarına qarşı zülm və zorakılıq hadisələrinə səssiz qaldığına görə geri alınıb.

Qeyd edək ki, Suu Çiin “Demokratiya və insan haqqları naminə şiddəti rədd edən mübarizə”yə görə 1991-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.

Xatırladaq ki, Myanmada ötən ilin avqustundan etibarən 10 mindən çox müsəlman buddistlər tərəfindən qətlə yetirilib. 660 min nəfər işgəncələrdən qaçaraq Banqladeşə sığınıb.

İnterpress.az