İnterpress.az xəbər verir ki, bu barədə “CNN Türk” yazıb.
Ankaraya gələn rus mütəxəssislər Karlov cinayətinin istintaqını aparan müstəntiqlə görüşüblər. Rus mütəxəssislər Karlovun qatili Mövlud Altındaşın telefonunun şifrəsini qırmağa çalışsalar da, mümkün olmayıb.
Bundan sonra telefonun şifrəsinin qırılması üçün xaricdən mütəxəssislər qrupu dəvət edilib. Qrupun aprel ayında Ankaraya gəlməsi gözlənilir.
Xatırladaq ki, Karlov 2016-cı ilin dekabrın 19-da Ankarada sərgilərdən birində polis əməkdaşı Mövlud Altındaş tərəfindən sui-qəsd nəticəsində öldürülüb. (axar.az)
İnterpress.az