Hüquq müdafiəçisi, muhacir, qaçqın, xüsusən də blogger adı altında hərəkət edən bu şəbəkə əvvəllər də ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin, seçkilərin keçirildiyi zamanlarda belə “şoular” təşkil ediblər. Amma sonunda fiaskoya uğrayıblar. Çünki cəmiyyətimiz onların bu oyunlarına, tamaşalarına heç zaman aldanmayıb.
Xaricdə yaşayan və ardıcıl olaraq Azərbaycana qarşı sosial şəbəkələrdə kampaniya aparan ünsürlər əsasən bunlardır: Həbib Müntəzir, Arzu Qeybulla, Orduxan Temirxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Arif Məmmədov, Qənimət Zahid, Natiq Güləhmədoğlu, Fikrət Hüseynov, Ataxan Əbilov, Arif, Leyla, Ramiz Yunuslar, Türkel Kərimli və s.
Təkcə sonuncunun – AXCP lideri Əli Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ-dakı bir tədbirdə qondarma “DQR” nümayəndələri – ermənilərlə birgə Azərbaycana qarşı çıxışı bu adamların hansı məzhəbə qulluq etdiklərini ortaya qoyur.
Ümumilikdə, bu canlılar davamlı şəkildə ermənilərlə əməkdaşlıq edir, erməni lobbisinin idarə etdiyi mərkəzlərin tədbirlərinə qatılır, onlardan tapşırıqlar alırlar. Misal olaraq, bu ünsürlərdən bir neçəsinin çexiyalı avroparlamentari Şteyna, Pen təşkilatı və s. qurumların tədbirlərində iştirakını xatırlatmaq olar.
Antiazərbaycan şəbəkə və ermənipərəst qüvvələrin əlində oyuncağa çevrilən bu ünsürlər xüsusən də sosial şəbəkələrdə fəallaşaraq ölkəmiz əleyhinə kin-kudürət, nifrət qusurlar. Bu üzdəniraq marginallar var gücləri ilə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu ləkələmək üçün min cür oyundan çıxır, özlərini haqq-ədalət carçısı, fəaliyyətlərini isə guya hansısa “ali dəyərlər uğrunda mücadilə” nümunəsi kimi cəmiyyətə sırımaq istəyirlər. Əslində, bu qaragüruhçu dəstə bütün bunlarla ermənipərəst qüvvələrin əlində maşa olduqlarını pərdələməyə çalışsalar da heç nəyə nail ola bilmirlər. Onların sosial şəbəkələrdə, xüsusilə “YouToube” və “Facebook”dakı “şouları” canında azərbaycanlı qanı olan hər bir vətənpərvər insanda ikrah hissi oyadır.
Diqqət çəkən əsas məqamdan biri də bu “şoumenlərin” savadsız, cahil, milli mənlik şüurundan uzaq olmalarıdır. Elə buna görə də onların bütün hərəkətləri cəmiyyətimiz tərəfindən rədd edilir. Azərbaycan xalqı onların ölkəmiz barədəki kin-küdurətini, ayrı-ayrı şəxslərlə bağlı şər-böhtanlarını, məntiqə və həqiqətə sığmayan mülahizələrini diqqətə almır. Çünki Orduxan, Məhəmməd, Qənimət kimi bu varlıqlar antiazərbaycan qüvvələrin dilənçi payını Vətən çörəyindən üstün tuturlar.
Əslində, onların mənfur planları hakimiyyətə, iqtidara deyil, ümumilikdə Azərbaycan dövləti və Azərbaycan xalqına qarşıdır.
Çünki antiazərbaycan dairələrin, erməni lobbisinin əsas məqsədi prezident seçkiləri ərəfəsində şəxsi ambisiyaları naminə milli maraqlarımızla alver etmək, beynəlxalq aləmdə müstəqil siyəsətimizi gözdən salmaq, demokratik dəyərlərlə möhkəmlənən qanunverici bazanın mükəmməlliyinə şübhə yaratmaq, tərəqqinin əsas təminatı olan ictimai-siyasi sabitliyi pozmaq və milli dövlətçiliyimizə zərbə vurmaqdır. Təbii ki, belə bir xislət sahiblərindən tapşırıq və təlimat alan vətən xainləri də sifariş olunan havanı “oynayırlar”.
Şübhəsiz, bu gün Azərbaycanın inkişaf, tərəqqi yolunda inamla irəliləməsi, regional və qlobal layihələrdən Ermənistanı təcrid etməsi təbii ki, erməni lobbisini və Qərbdəki antiazərbaycan dairələri ciddi narahat edir. Buna görə də bu qüvvələr ölkəmizdə keçiriləcək Prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyalarını gücləndirirlər. Bir müddət əvvəl, “Eurovision-2012” və Birinci Avropa Oyunları ərəfəsində də erməni diasporu və antiazərbaycan qüvvələr onların təsiri altında olan media qruplarını, “sapı özümüzdən olan baltaları”- trolları fəallaşdıraraq Azərbaycana qarşı qarayaxma kampaniyasının miqyasını genişləndirmişdi. Bu üzdəniraq qüvvələr o zaman da respublikamızla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında həqiqətdən uzaq, şər-böhtan dolu fikirlər formalaşdırmaq üçün ən çirkin vasitələrdən belə istifadə edirdilər.
Təbii ki, mənfur əməlləri ilə düşmən dəyirmanına su tökərək elinə-obasına dönük çıxanlar, millətinə nankorluq edənlər xalqımızın yaddaşında milli satqın kimi qalacaq, daim lənətlənəcəklər.
Bu ünsürlərin peşman olacağı gün də uzaqda deyil. Hələ ki, “dığayan”lar pul buraxır. Qoy kisənin ağzı bağlansın, onda görəcəyik kim haqlıdır, kim haqsız. Neçə ki gec deyil, AYILIN, ay bədbəxtlər!
İnterpress.az