ƏFLATUN AMAŞOV: “HƏBSDƏ OLAN JURNALİSTLƏRİN  AZAD EDİLMƏSİ ÜÇÜN ÖLKƏ BAŞÇISINA MÜRACİƏT ÜNVANLANMALIDIRbackend

ƏFLATUN AMAŞOV: “HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZAD EDİLMƏSİ ÜÇÜN ÖLKƏ BAŞÇISINA MÜRACİƏT ÜNVANLANMALIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qurultayda Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabatla çıxış edib.

Ə.Amaşov Mətbuat Şurasına edilən şikayətlərdən danışıb. O bildirib ki, şikayətlərin 70 faizində jurnalistlər haqlı çıxıb. Onun sözlərinə görə, ümumilikdə, son 15 il ərzində Mətbuat Şurasına 12 min şikayət daxil olub.
Şura sədri Mətbuat Şurasına ünvanlanan tənqidlər haqqında da söz açıb. O, Mətbuat Şurasının məmurları müdafiə etməsi haqqında iddialara cavab verib: “Bunlar hamısı yalan və iftiradır. Əslində, son 15 il ərzində bir çox jurnalistlərin müxtəlif problemlərini həll etmişik. Dövlətimiz də mediaya kifayət qədər dəstək göstərir”.
Ə.Amaşov həbsdə olan jurnalistlərin də haqqında çıxış edib. O bildirib ki, həbsdə olan jurnalistlərin cəzalarının çəkilməmiş azad edilmələri üçün ölkə rəhbərinə müraciət olunmalıdır”.
O, bunu humanist addım kimi dəyərləndirib.

İnterpress.az