Deputat 1200 şagirdin abort etdirməsindən danışdı: “Həkimlər məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə…”backend

Deputat 1200 şagirdin abort etdirməsindən danışdı: “Həkimlər məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib, bu sahədə çalışan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər.\”

İnterpress.az
xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Azərbaycanda 1200-ə yaxın məktəbli qızların abort etdirməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərək deyib.

Millət vəkili qeyd edib ki, cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir: “Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birinii təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsiredici rol oynamır. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb konkret bir ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq.\”

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Azərbaycanda 1200 şagirdin abort etdirdiyi barədə sensasion açıqlama yayıb.

İnterpress.az