Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda \”5/5\” verilişində deyib. Mətanət bildirib ki, aparıcı Zaur Kamalın efirdə etdiyi zarafata görə evlənməyə hazırlaşdığı şəxs ondan ayrılıb.
Z.Kamalın \”Deyirsən, mənə yaxın gəlmə yuxarıdan baxan var\” sözlərinə Mətanət belə cavab verib:
\”Məndən danışma, məndən yoxdur. O, kitabı bağla. Bir dəfə o qədər dedik-güldük ki, nişanım qayıtdı. Bunu qaçırtmaq olmaz\”.
Mətanət daha sonra yaşadığı eşqdən danışıb:
\”O, yalnız mənə aiddir. 8 Martda mənə ən böyük hədiyyəni verdi, ürəyini verdi mənə\”.
İnterpress.az