İnterpress.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərindən biri olan Kəmaləddin Gülən saxlanılıb.
O, martın 8-də Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
K.Gülən terror təşkilatına üzvlükdə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Kəmaləddin Gülənin Fətullahçı Terror Təşkilatının (FETÖ lideri Fətullah Gülənin əmisi oğlu olduğu deyilir.
İnterpress.az