Şagirdləri daşıyan mikroavtobus qəzaya uğradı – YENİLƏNİBbackend

Şagirdləri daşıyan mikroavtobus qəzaya uğradı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda şagirdləri daşıyan \”Vito\” markalı mikroavtobusun Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında \”QAZ-53\” markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

İnterpress.az Report-a istinadən xəbər verir ki, onlar 2003-cüil təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

***

İnterpress.az xəbər verir ki, şagirdləri daşıyan \”Vito\” markalı mikroavtobus Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonundan keçən hissəsində qəzaya uğrayıb.

Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. ( report.az )

İnterpress.az