İtkin alpinistlərin axtarışından yeni XƏBƏR: “Hər yerə hətta təkrar baxılıb”backend

İtkin alpinistlərin axtarışından yeni XƏBƏR: “Hər yerə hətta təkrar baxılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı Modern.az-a bildirib ki, axtarışlar nəticəsizdir:

“Hər yerə baxılıb. Hətta əvvəl axtarış aparılan yerlərə təkrar baxış keçirilib, amma onların heç bir izinə də rast gəlinməyib”.

Z.Qasımlı deyib ki, axtarışlar növbəli şəkildə davam etdirilir:

“8 gündən 1 növbə dəyişilir. Çünki çətin və soyuq hava şəraitdə davamlı işləmək olmaz. Buna görə də axtarışlar növbəli şəkildə aparılır. Rəsmilərin sözlərinə görə, axtarışlar onlar tapılanadək davam etdiriləcək”.

23 dekabrda 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Fövqəaldə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumat aidiyyəti qurumlara ötürülüb.

FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

İnterpress.az