Bu barədə “Ölkə.Az”a Yevlax rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, qəzadan sonra xəstəxanaya 15 nəfər gətirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Ağır yaralananlar isə Mingəçevir Şəhər Xəstəxanasına aparılıb. Yaralılardan 2-sinin vəziyyəti ağır olaraq qalır, 3-ünün vəziyyəti isə stabilləşib.
Məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 17-i Aran -1 qəsəbə məktəbinin sınaq imtahanına gedən şagirdləridir. Digər yaralılar isə 1 müəllimə, 1 katibə və sürücüdür.
İnterpress.az