Xlasedicilər Türkiyə təyyarəsinin düşdüyü yerə azı 3 saata çatacaqlarbackend

Xlasedicilər Türkiyə təyyarəsinin düşdüyü yerə azı 3 saata çatacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə \”Qızıl Aypara\” cəmiyyətinin Türkiyə bölməsinin rəhbəri Kərəm Kınık bildirib. \”Ərazidə kəskin hava şəraiti müşahidə olunur\”, – deyə Kərəm Kınık qeyd edib.

Kərəm Kınık təyyarənin göyərtəsində olan şəxslərin kimliyini açıqlayıb. Onların arasında \”Başaran Holding\”in rəhbəri Hüseyn Başaranın qızı Minə və onun 7 rəfiqəsi var.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. \”Reuters\” agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb. (apa)

İnterpress.az