İnterpress.az-ın əldə etdiyi məlumatə görə, hadisə rayonun Günəşli kəndində baş verib. Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü Nicat Müşfiq oğlu Mənsimov kənd ərazisindən keçən çaya düşərək boğulub.
Onun balıq tutmaq istəyərkən çaya yıxıldığı deyilir.
Faktla bağlı Cəlilabad rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İnterpress.az