Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a məlumat verilib.
Məlumatda deyilir ki, martın 12-də saat 2 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində Qubadlı rayon sakini Şamil Həsənovun idarə etdiyi “Hyundai” və şəhər sakini Eldar Həsənovun idarə etdiyi “OKA” markalı avtomobillər toqquşub.
Nəticədə E.Həsənov və sərnişini, həmyerlisi Vüsal Quliyev hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
İnterpress.az